Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb - FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1392 yeni yoluxma faktı qeydə alınıb, 2274 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Xalq qəzeti"nə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 317 913 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 287 298 nəfər müalicə olunaraq sağalıb, 4 490 nəfər vəfat edib, aktiv xəstə sayı 26125 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 756, ötən müddət ərzində isə ümumilikdə 3 229 867 test aparılıb.

29 Aprel 2021 17:02 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə