Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xırdalanda tikinti şirkəti tərəfindən 12 ağacın qanunsuz kəsilməsi ilə bağlı cinayət işi başlanıb

Ölkəmizdə ekoloji sağlamlığın yaxşılaşdırılmasına və ətraf mühitin mühafizəsinə yönələn genişmiqyaslı tədbirlərə qanunazidd əməlləri ilə kölgə salan şəxslərə qarşı ardıcıl və təxirəsalınmaz mübarizə tədbirləri davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi-1 ünvanında tikinti işlərinin aparılması üçün hasara alınmış ərazidə ağacların qanunsuz kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) daxil olmuş material üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Aparılmış araşdırmalarla həmin ərazidə tikinti işləri aparan “Proqress-2016” MTK-nın direktoru Emil Səməndərovun qulluq mövqeyindən və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, tikinti aparılması üçün əlverişli şərait yaratmaq məqsədilə həmin ünvanda torpaq sahəsində meşə fonduna daxil olmayan 12 ağacın qanunsuz kəsilməsinə göstəriş verməsi nəticəsində dövlətin qanunla qorunan mənafelərinə ümumilikdə 9800 manat məbləğində ziyan vurmasına əsaslı şübhələr müəyyən olunub.

Faktla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 259.2.4-cü (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. İbtidai istintaqın aparılması Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə həvalə olunub.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

29 Aprel 2021 12:21 - EKOLOGİYA
EKOLOGİYA
20 Sentyabr 2021 | 18:16
Sabahın hava proqnozu
15 Sentyabr 2021 | 18:14
Sabahın HAVA PROQNOZU
14 Sentyabr 2021 | 18:14
Sabahın HAVA PROQNOZU
13 Sentyabr 2021 | 18:15
Sabahın HAVA PROQNOZU
11 Sentyabr 2021 | 18:06
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə