Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət Xidməti: “WhatsApp”ın yeni versiyası şəxsi məlumatlarınızı oğurlayır

Bu günlərdə “WhatsApp Pink” adlı “WhatsApp”ın yeni bir versiyası ortaya çıxıb və populyarlıq qazanmağa başlayıb.

 

 "Xalq qəzeti" xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin açıqlamasında bildirilir.

 

Məlumatda həmçinin deyilir ki, “WhatsApp Pink” tam zərərli bir tətbiqdir: “Bu zərərverici APK link şəklində “Whatsapp” qruplar vasitəsilə yayılmaqdadır. “WhatsApp Pink” əvvəlcə qeydiyyat məlumatlarınızı soruşur və bundan sonra şəxsi məlumatlarınızı oğurlayır”. 

28 Aprel 2021 19:49 - TEXNİKA
TEXNİKA
1 Dekabr 2021 | 17:34
“SpaceX” müflis ola bilər

Köhnə versiyamızdan xəbərləri izlə