Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Microsoft"un xalis mənfəəti kəskin artıb

ABŞ-ın "Microsoft" korporasiyası 2021-ci ilin I rübünün maliyyə göstəricilərini açıqlayıb.

"Xalq qəzeti" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, "Microsoft"un xalis mənfəəti I rübdə 15,457 mlrd. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 44% çoxdur.

Cari ilin yanvar-mart aylarında şirkətin gəlirləri 41,706 mlrd. dollar bərabər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19% artıb. "Microsoft" özünün əsas biznes fəaliyyətlərindən əldə etdiyi gəlir isə illik müqayisədə 31% artaraq 17,048 mlrd. dollara çatıb. Şirkətin bir səhmə düşən seyrəltilmiş mənfəəti isə 45% artaraq 2,03 dollara bərabər olub.

Qeyd edək ki, cari ilin I rübündə "Microsoft"un bölməsi olan "Intelligent Cloud"un gəlirləri 23% artaraq 15,118 mlrd. dollar təşkil edib. Digər bölmələrə gəldikdə, "Productivity and Business Processes" bölməsinin gəlirləri illik 15% artaraq 13,552 mlrd. dollar, "More Personal Computing" bölməsinin gəlirləri isə 19% artaraq 13,036 mlrd. dollar təşkil edib.

28 Aprel 2021 19:09 - TEXNİKA
TEXNİKA
1 Dekabr 2021 | 17:34
“SpaceX” müflis ola bilər

Köhnə versiyamızdan xəbərləri izlə