Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda qəsəbələrarası yeni avtobuslar xəttə buraxılacaq

Ötən dövrdə ümumi daşıyıcıların sayı 51 faiz optimallaşdırılıb. 

 "Xalq qəzeti" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli məlumat verib. 

Onun sözlərinə görə, 2020-ci ildə 16 yeni xətt açılıb:

“26 xəttin hərəkət sxemi dəyişdirilib, 12 xətt üzrə müsabiqə elan edilib. Ötən il 21 faiz daşıyıcı sayı optimallaşdırılıb”.

V.Kərimli onu da əlavə edib ki, Bakı şəhərini həm əlçatanlıq, həm də mobillik baxımından Avropa şəhərləri sırasında ilk onluğa gətirməkdir:

“Qəsəbələrə sərnişindaşıma vacib məsələlərdəndir. Gətirilən 9 metrlik avtobusların bu istiqamətdə xəttə buraxılması nəzərə tutulur. Son 5 ildə şəhərətrafı 15 yeni xətt istifadəyə verilib. Orta hesabla 665 min sərnişin bu xətlərdən istifadə edib” - deyə o qeyd edib.

28 Aprel 2021 12:20 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə