Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vüsal Kərimli: 860 sürücü üçün yeni iş yeri yaradılacaq

"Hazırda qurulmaqda olan Zığ qarajı var, bura istismardan sonra 250 yer tutumlu olacaq və 850 nəfər işlə təmin olunacaq. Bura sürücülər, fəhlələr, çilingər və s. daxildir".

 "Xalq qəzeti" xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 5 ildə 4 236 sürücü təlim keçib, 1 668 təlim keçmiş namizəd sürücünün 1 500-dən çoxu işlə təmin olunub: "Ötən il təlim keçən sürücülər 612 nəfər olub, onlardan 429 nəfəri işlə təmin olunub. 320 yeni avtobus alınacaq ki, bununla da 860 sürücü üçün yeni iş yeri yaradılacaq".

28 Aprel 2021 11:55 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə