Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nazir müavini: Laçın və Qubadlı yasaqlıqları ərazisinə görə ən böyükləridir

Azərbaycanda mühafizə olunan ümumilikdə 10 milli park, 10 təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı var.

 "Xalq qəzeti" xəbər verir ki, bunu Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

Nazir müavini bildirib ki, işğaldan azad edilən ərazilərdə iki dövlət təbiət qoruğu- Qaragöl və Bəsitçay dövlət təbiət qoruğu  var: "Bundan başqa ərazidə 4 dövlət təbiət yasaqlığı - Laçın, Daşaltı, Arazboyu və Qubadlı yasaqlığı var. Bunların ümumi sahəsi 43 min hektardır. 

Laçın və Qubadlı yasaqlıqları ərazisinə görə ən böyükləridir. Onların hər birinin ərazisi 20 min hektardır. Arazboyu yasaqlığı 2200 hektar, Daşaltı yasaqlığı isə 450 hektardır. Bəsitçay Dövlət Təbiət Qoruğu 107 hektar, Qaragöl isə 240 hektar əraziyə malikdir".

28 Aprel 2021 10:26 - EKOLOGİYA
EKOLOGİYA
20 Sentyabr 2021 | 18:16
Sabahın hava proqnozu
15 Sentyabr 2021 | 18:14
Sabahın HAVA PROQNOZU
14 Sentyabr 2021 | 18:14
Sabahın HAVA PROQNOZU
13 Sentyabr 2021 | 18:15
Sabahın HAVA PROQNOZU
11 Sentyabr 2021 | 18:06
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə