Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vüqar Kərimov: Bu su anbarlarının və çayların olması Qarabağ bölgəsində suvarma, içməli su və enerji təminatında çox mühüm əhəmiyyət daşıyır

Qarabağ bölgəsi və ətraf rayonların su ehtiyatları açıqlanıb.

 "Xalq qəzeti" xəbər verir ki, jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib ki, bu ərazilərdə 14 çay, 9 su anbarı mövcuddur: "Araz, Bərgüşad, Tərtər, Həkəri, Oxçu, Lev, Zabux, Tutqun, Turağay, Bəsit, Qarqar, Quru, Xaçın və Köndələn çayları Qarabağ ərazisindədir. Bu çaylarının bəzilərinin üzərində Xudafərin, Sərsəng, Qız Qalası, Xaçınçay, Aşağı Köndələnçay, Suqovuşan, Köndələnçay-1, Köndələnçay-2 və Ağdamkənd su anbarları yerləşir. Bu anbarlardan ən böyüyü Xudafərin (1 milyard 612 milyon kubmetr) su anbarıdır. Çaylardan ən böyüyü isə Araz çayıdır. Onun uzunluğu 1072 kilometrdir".

V. Kərimov   qeyd edib ki, bu su anbarlarının və çayların olması Qarabağ bölgəsində suvarma, içməli su və enerji təminatında çox mühüm əhəmiyyət daşıyır.

28 Aprel 2021 10:00 - EKOLOGİYA
EKOLOGİYA
20 Sentyabr 2021 | 18:16
Sabahın hava proqnozu
15 Sentyabr 2021 | 18:14
Sabahın HAVA PROQNOZU
14 Sentyabr 2021 | 18:14
Sabahın HAVA PROQNOZU
13 Sentyabr 2021 | 18:15
Sabahın HAVA PROQNOZU
11 Sentyabr 2021 | 18:06
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə