Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 16 583 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Xalq qəzeti"nə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7374, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9209 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 440 243, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 946 834, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 493 409 təşkil edir.

27 Aprel 2021 16:42 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə