Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Hökumət buludu"na keçidlə bağlı daha 5 dövlət qurumu ilə müzakirələr aparılıb

Azərbaycanda daha 5 dövlət qurumunun "Hökumət buludu"na ("G-cloud") keçidi ilə bağlı müzakirələr aparılıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında "AzInTelecom" MMC-dən "Xalq qəzeti"nə verilən məlumata görə, "Azcloud Hökumət Həlləri" layihəsi çərçivəsində Nazirlər kabinetinin 2020-ci il 29 oktyabr tarixli 428 nömrəli qərarı ilə dövlət informasiya sistemlərinin və ehtiyatlarının "Hökumət buludu"na keçid planı üzrə dəyirmi masalar davam etdirilir.

"Hökumət buludu"na keçid zamanı normativ, maliyyə və texniki məsələlərin müzakirəsi məqsədilə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Auditorlar Palatası və Azərbaycan Standartlaşdırma İnstitutunun nümayəndələri ilə görüşlər təşkil olunub və müzakirələr aparılıb.

Bu günədək Energetika Nazirliyinin, Dövlət Reklam Agentliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Enerji Məsələləri Tənzimləmə Agentliyinin, Gənclər Fondunun, Müdafiə Sənayesi Nazirliyinin, Ədliyyə Nazirliyinin, Mənzil İnşaatı Dövlət Agentliyinin, İpoteka və Kredit Zəmanət Fondunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Azərbaycan Sənaye Korporasiyasının və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə görüşlər baş tutub.

Qeyd edək ki, cari ildə "Hökumət buludu"na keçidi nəzərdə tutulan 36 dövlət qurumu ilə görüşlər təşkil olunacaq.

27 Aprel 2021 10:30 - TEXNİKA
TEXNİKA
1 Dekabr 2021 | 17:34
“SpaceX” müflis ola bilər

Köhnə versiyamızdan xəbərləri izlə