Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azəriqaz”ın İctimai Şurasına seçkilərə təmsilçilərin qeydiyyatı başa çatıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi yanında yaradılacaq İctimai Şuraya keçiriləcək seçkilərdə səsvermə prosesində iştirak etmək üçün vətəndaş cəmiyyəti institutu təmsilçilərinin qeydiyyatı başa çatıb.

"Xalq qəzeti" "Azəriqaz"a istinadən xəbər verir ki, vətəndaş cəmiyyəti institutları 70 nümayəndənin qeydiyyata alınmasını müvafiq olaraq seçki komissiyasına təqdim edib.

İctimai Şuraya üzvlüklə bağlı seçkilərə qatılan namizədlərin sayı 17 nəfərdir. Onlar barədə məlumatlar İstehsalat Birliyinin internet səhifəsində yerləşdirilib. Seçkilər aprelin 30-da qurumun inzibati binasında keçiriləcək. "Azəriqaz"ın İctimaiyyətlə əlaqələr şöbəsi seçki prosesinin "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımının həyata keçirilməsini planlaşdırır.

26 Aprel 2021 16:48 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə