Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fiat Toro pikapı yenilənib - FOTO

Kommersiya avtomobillərini nəzərə almasaq, Fiat markasının qlobal model çeşidində olan ən iri ölçülü minik avtomobili Jeep Compass krossoverinin platformasında inşa edilmiş 4,9 metr uzunluğundakı Toro pikapıdır.

 

2016-cı ildə debüt edən və yalnız Latın Amerikasında satılan pikap (Ram markası da daxil olmaqla) artıq 335 min alıcısını tapıb. Stellantis ittifaqı Toro pikapını ABŞ və Kanada bazarlarına çıxarmağı planlaşdırmır.

 

 "Xalq qəzeti" xəbər verr ki, Fiat şirkəti pikapı yeniləmək qərarına gəlib və onun yenilənmiş versiyasını Braziliyada təqdim edib. İlk baxışdan pikapın eksteryerinin, demək olar ki, dəyişmədiyi görünür: ön tərəfin ikimərtəbəli arxitekturası dəyişilməz qalıb. Əslində yenilənmiş pikap yeni kapota (Ram pikaplarında olduğu kimi mərkəzdəki boşluq ilə), fərqli radiator barmaqlığına və düzbucaqlı duman işıqları ilə təchiz edilən dəyişdirilmiş ön bamperə sahib olub. Üstəlik, yenilənmiş pikap LED fənərləri olan ilk Braziliya Fiat'ıdır.

 

Yenilənmiş Fiat Toro pikapı Braziliya bazarında may ayında satışa çıxarılacaqdır. Pikapdan sonra, ilin ikinci yarısında, Fiat şirkətinin ənənəvi olaraq debütünü təxirə saldığı Fastback krossoveri işıq üzü görəcəkdir. Fiat Fastback konseptinin 2018-ci ildə nümayiş etdirilməsinə baxmayaraq, onun seriya versiyası hələ də təqdim olunmayıb. Bu krossover Progetto 363 kodu altında tanınır və onun turbomühərrikə sahib olacağı açıqlanıb.

26 Aprel 2021 19:11 - TEXNİKA
TEXNİKA
1 Dekabr 2021 | 17:34
“SpaceX” müflis ola bilər

Köhnə versiyamızdan xəbərləri izlə