Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər tutulub

Daxili İşlər Nazirliyi ötən gün daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

DİN-in mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 49  cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 48 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 37 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 35 fakt müəyyən edilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.

24 Aprel 2021 11:27 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə