Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ötən gün yol qəzalarında 5 nəfər ölüb

Daxili İşlər Nazirliyi ötən gün daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

DİN-in mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 34 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 43 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 26 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19, qanunsuz silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, 5 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.

23 Aprel 2021 11:09 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə