Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ATMU nümayəndələri təlimdə iştirak ediblər

Creative Spark layihəsi çərçivəsində Böyük Britaniyanın Grinviç Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) və Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) əməkdaşları arasında “Turizmdə sahibkarlıq istiqaməti” adlı təlimçilərin onlayn təlimi keçirilib.

 

Turizmdə sahibkarlıq sahəsi üzrə tədris metodologiyalarının tətbiqi, tələbə auditoriyasının təşviq edilməsi, müasir çağırışlar kimi mövzuları əhatə edən onlayn görüşdə Grinviç Universitetinin müəllimi və tədqiqatçısı Dr. Jithendran Kokkranikal məruzəçi olaraq çıxış etmiş, ATMU və UNEC nümayəndələri mövzu ilə əlaqədar maraqlı fikir və təkliflərini səsləndirmişlər. Təlimdə ATMU – nun doqquz nəfər akademik heyət üzvü iştirak edib.
ATMU Birləşmiş Krallığın dəstəyi ilə “British Council” tərəfindən maliyyələşdirilən bu proqrama 2021- ci ildə qoşulub. Qeyd olunmuş təlimə əlavə olaraq, Creative Spark çərçivəsində bu günə kimi 25 nəfər ATMU tələbəsi və əməkdaşı üçün "Learn English Select" onlayn dil kursundan yararlanaraq dil bacarıqlarını inkişaf etdirməyə imkan yaranmışdır. Hazırda 14 nəfər iştirakçı bu proqramı uğurla tamamlayaraq, müxtəlif dil səviyyələri üzrə sertifikatlara layiq görülmüşdür. Layihə çərçivəsində ATMU - nun tələbələri “Big Idea Challenge” müsabiqəsinə qoşulmağa və öz biznes təkliflərini və təşəbbüslərini təqdim etməyə imkan qazanmışdır.
Proqram çərçivəsində tələbələr üçün təlimin, eləcə də turizmdə sahibkarlıq və innovasiya sahəsində təhsil və əməkdaşlıq mövzusunda dəyirmi masanın keçirilməsi nəzərdə tutulur.
 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

23 Aprel 2021 05:05 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə