Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Mançester Yunayted” azarkeşləri bazanın girişini bağlayıblar

“Mançester Yunayted” azarkeşləri klubun məşq bazasına daxil olublar.

"Xalq qəzeti" “The Times” nəşrinə istinadən xəbər verir ki, azarkeşləri klub rəhbərliyinə etiraz əlaməti olaraq belə addım atıblar. Onlar klubun Avropa Superliqasında iştirak etmək istəyinə qarşı çıxıblar. Klub turnirdən imtina etməsinə baxmayaraq, azarkeşlərin narazılıqları bitmir.

 

Onlar səhər saat 9-da futbolçuların məşqə getdiyi vaxt stadionun hər iki girişini bağlayıblar. Fanatlar baş məşqçi Ole Qunnar Sulşer ilə görüşməyi tələb ediblər. Sulşer isə məşqçilər heyəti ilə birgə azarkeşlərin yanına gedib. Tərəflər arasında söhbət qısa zaman alıb. Daha sonra azarkeşlər rəhbərliyin təzyiqi ilə bazanı tərk ediblər.

Klubun mətbuat xidmətindən verilən məlumata görə, hadisə zamanı iştirakçıların heç biri xəsarət almayıb.

22 Aprel 2021 18:46 - İDMAN
İDMAN
6 May 2021 | 08:20
Joze Mourinyo “Roma”da

Köhnə versiyamızdan xəbərləri izlə