Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycandakı banklar bugünkü valyuta hərracında 52 mln. dollar cəlb edib

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

"Xalq qəzeti" AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 52,3 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (20 aprel 2021-ci il tarixində keçirilib – red.) müqayisədə 68,7% və ya 21,3 mln. dollar artıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

22 Aprel 2021 17:12 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə