Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu il 60 sahibkarlıq subyektinin qida təhlükəsizliyi qeydiyyatı ləğv olunub

Bu ilin ilk 3 ayı ərzində qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması ilə bağlı 1 973 müraciət daxil olub. 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən "Xalq qəzeti"nə verilən məlumata görə, bu müraciətlərdən 1 884-ü ilə bağlı qərar qəbul edilib və həmin subyektlərə “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin Dövlət Reyestri”ndən çıxarışlar təqdim olunub. Bu dövr ərzində qanunvericiliyə uyğun olaraq qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən 60 sahibkarlıq subyektinin qida təhlükəsizliyi qeydiyyatı ləğv olunub.

22 Aprel 2021 14:50 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə