Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Suqovuşanda iki dövrəli elektrik veriliş xəttinin çəkilişi davam edir - VİDEO

“Azərişıq” ASC işğaldan azad olunmuş əraziləri elektrik enerjisi ilə təchiz etmək üçün kompleks tədbirləri  davam etdirir. Səhmdar cəmiyyət  “Azərişıq Qarabağda” layihəsi çərçivəsində Suqovuşan ərazisində işləri sürətləndirib.

ASC-dən “Xalq qəzeti”nə verilən məlumata görə, işğaldan azad olunmuş Suqovuşan qəsəbəsinə 110/35/6 kv-luq Tərtər  yarımstansiyasından 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsi işləri davam etdirilir.

Ağıllı Şəbəkə Konsepsiyası işğaldan azad olunan digər ərazilərdə olduğu kimi Suqovuşan ərazisində də tətbiq edilir. 35 kV-luq iki dövrəli xətt izoliyasiyalı kabellə çəkilir. Belə xətlərdə itkilər minumuma enir, əlverişsiz hava şəraitinə daha dözümlüdür, buzlaşmaya qarşı daha dayanıqlıdır, həmçinin belə xətlərin keçdiyi ərazilərdə mühafizə zolağı daha az olur, xətlərə texniki xidmət xərci minumuma enir.

Suqovuşan qəsəbəsinin daxili şəbəkəsində isə 0,4 kV hava xətləri bərpa edilmiş, yeni SİP kabellər çəkilib. Qısa müddət ərzində qəsəbəyə elektrik enerjisinin  verilişi bərpa ediləcək. Bunun üçün lazım olan bütün mal-material əraziyə göndərilib.

 
22 Aprel 2021 10:37 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə