Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zenit-raket bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilir - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunda zenit-raket bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilir.
Müdafiə Nazirliyindən "Xalq qəzeti"nə verilən xəbərə görə, təlimlərdə müxtəlif çaplı zenit qurğularından və zenit-raket komplekslərindən nümunəvi döyüş atışları icra olunur.

Real döyüş vəziyyətinə uyğun şəraitdə keçirilən təlimlərdə şərti hava hədəfləri dəqiq atəşlə məhv edilir.
Təlimlərdə əsas diqqət Vətən müharibəsində əldə edilən təcrübə nəzərə alınmaqla bölmələrin operativ idarəedilməsi, onların digər qoşun növləri ilə qarşılıqlı əlaqədə döyüş fəaliyyətinin təşkili üzrə vərdişlərinin təkmilləşdirilməsi və şəxsi heyətin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsinə yönəldilir.

22 Aprel 2021 10:18 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə