Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ərdoğan Türkiyə ilə Azərbaycan arasında imzalanan daha bir sazişi təsdiqləyib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsi ilə Azərbaycan arasında imzalanan daha bir sazişi təsdiqləyib.

 

 "Xalq qəzeti" xəbər verir ki, bununla bağlı qərar "Resmi Qezete"də dərc olunub.

 

Qərara əsasən, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlıq haqqında Saziş” qüvvəyə minib.

 

Qeyd edək ki, 2020-ci ilin fevralın 25-də Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirilib. İclas başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub.

 

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmez imzalayıblar.

22 Aprel 2021 09:33 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə