Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi “İçərişəhər” və “Qala” Qoruqları ərazilərində yaşıllaşdırma işlərinin satın alınması üçün AÇIQ TENDER ELAN EDIR

Tender 1 lot üzrə keçirilir.
Lot-1. “İçərişəhər” və “Qala” Qoruqları ərazilərində yaşıllaşdırma işlərinin satın alınması.
Müqavilənin icra müddəti 2021-ci il dekabrın 25-nə kimidir.
Tender iştirakçıları dövlət satınalmalarının https://etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olaraq tender haqqında ətraflı məlumatı əldə edə bilərlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər. Tenderdə iştirak etmək istəyənlər 250 (iki yüz əlli) manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürməlidirlər.
Bank rekvizitləri
VÖEN- 1700711731
H/h- AZ20IBAZ38090019446067875204
Bank- “Azərbaycan Beynəlxalq Bank” ASC-nin Mərkəz filialı
Kod- 805722
M/h- AZ03NABZ01350100000000002944
BANKIN VÖEN-i - 9900001881
SWIFT- IBAZAZ2X
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- digər sənədlər- analoji işlərin yerinə yetirilməsinə aid iddiaçının potensial imkanları haqqında məlumat.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri 11 may 2021-ci il saat 11.00-a, tender təklifi və bank təminatı sənədlərini isə 21 may 2021-ci il saat 18.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər.
İddiaçıların təklifləri 24 may 2021-ci il saat 11.00-da açılacaqdır.
İddiaçılar açılışın nəticələri ilə portal vasitəsilə tanış ola bilərlər.
Qeyd-tenderdə iştirak, tenderin qiymətləndiriliməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsi ilə aparılır.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir
 

Tender komissiyası

22 Aprel 2021 04:37 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
6 May 2021 | 08:16
BİLDİRİŞ
6 May 2021 | 08:10
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə