Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azəristiliktəchizat”ASC istilik və isti su təchizatı xidmətləri ilə əlaqədar əhali və qeyri-əhali istehlakçılara verilən məlumatların proaktiv formatda çatdırılması, borclar və digər məlumatlar haqqında bildirişlərin göndərilməsinin funksional olaraq elektronlaşdırılmasının satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.
Lot-1. İstilik və isti su təchizatı xidmətləri ilə əlaqədar əhali və qeyri-əhali istehlakçılara verilən məlumatların proaktiv formatda çatdırılması, borclar və digər məlumatlar haqqında bildirişlərin göndərilməsinin funksional olaraq elektronlaşdırılmasının satın alınması.
Tender iştirakçıları dövlət satınalmalarının https:/www.etender.gov.az vahid internet portalına (portal) elektron imzaları vasitəsi ilə daxil olmaqla tender haqqında ətraflı məlumatı əldə edə bilərlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Təkliflərin qiymətləndirilməsində analoji işlərdə təcrübəyə, maliyyə vəziyyətinə, aşağı qiymət, yüksək keyfiyyət və müqavilənin vaxtında yerinə yetirilməsi üçün zəruri potensial meyarlara üstünlük veriləcəkdir.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsi ilə təqdim edə bilərlər.
İştirak haqqı 100 manatdır.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
H/h- AZ62AİİB33010019442200226122
VÖEN- 1700531291
“Kapital Bank” ASC-nin Qaradağ filialı
Kod- 200220
VÖEN- 9900003611
M/h- AZ37NABZ01350100000000001944
SWİFT- AİİBAZ2X
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 17 may 2021-ci il saat 11.00-a, tender təklifi və bank təminatını isə 25 may 2021-ci il saat 11.00-a qədər portal vasitəsi ilə təqdim etməlidirlər.
İddiaçıların təklifləri 26 may 2021-ci il saat 11.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələrilə portal vasitəsilə tanış ola bilərlər.
Qeyd-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.
 

Tender komissiyası

22 Aprel 2021 04:34 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
6 May 2021 | 08:16
BİLDİRİŞ
6 May 2021 | 08:10
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə