Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Regionların inkişafına diqqət və qayğı artmışdır

Bu il aprelin 20-də Azərbaycan Prezidenti İlham Əliyev Hacıqabul rayonuna səfər edərək, burada bir sıra sosial obyektlərin açılışını etmişdir. Həmin tədbirlərdə, eləcə də Azərbaycan televiziyasına müsahibədə dövlətimizin başçısı tərəfindən səsləndirilən dəyərli fikir və mülahizələr ölkə ictimaiyyətinin ən müxtəlif təbəqələri, o cümlədən fermerlər tərəfindən böyük maraqla qarşılanmışdır. Bu barədə söz düşəndə Qobustan rayonundan olan təcrübəli fermer Qoşqar Qarayev bunları dedi:

 

eləcə də kənd təsərrüfatının davamlı inkişafına böyük önəm verilir. Əsas məqsəd məhsul bolluğu yaratmaq, əhalinin ərzaq təhlükəsizliyini təmin etməkdir. Hər şey göz qabağındadır. Hamı görür ki, dövlətimiz tərəfindən bu istiqamətdə atılan ardıcıl və düşünülmüş addımlar öz bəhrəsini verir. Azərbaycan kəndi günbəgün gözəlləşir, əhalinin həyat şəraiti yaxşılaşır.
Qeyd etmək lazımdır ki, son vaxtlar Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə kənd təsərrüfatı sahəsində mühüm islahatlar aparılır. Düşünürəm ki, iri aqroparkların yaradılması Azərbaycanda aqrar sektorun səmərəliliyinin daha da yüksəldilməsi üçün geniş imkanlar açmışdır. Dövlətimiz, eyni zamanda, torpaq pay mülkiyyətçilərinə və fermerlərə olan diqqət və qayğısını da azaltmır, əksinə, hər iki istiqamətin inkişafı üçün bütün lazımi işlər görülür. Təsadüfi deyil ki, ölkə başçısı Hacıqabul rayonuna səfəri zamanı bu barədə danışarkən demişdir: “Böyük aqroparkların yaradılmasının əsas məqsədi ərzaq təhlükəsizliyini təmin etməkdir. Təbii ki, eyni zamanda, kiçik fermer təsərrüfatlarının inkişafı ilə bağlı praktiki işlər görülür. Bu iki istiqamət üzrə kənd təsərrüfatı inkişaf edir”.
Möhtərəm Prezidentimiz işğaldan azad olunan ərazilərdə aqroparkların yaradılacağını da qeyd etdi. Ümumiyyətlə, Qarabağda hazırda genişmiqyaslı işlər görülür. İlk növbədə, minalardan təmizləmə prosesi gedir. Prezident demişdir: “Burada ən böyük çətinlik ondan ibarətdir ki, Ermənistan tərəfi bizə mina xəritələrini vermir, bundan imtina edir. Halbuki biz dəqiq bilirik ki, onlarda belə xəritələr var. Sadəcə olaraq, bu xəritələri verməmək Ermənistanın növbəti hərbi cinayətidir”.
Bəli, Ermənistandakı qatı millətçi, revanşist qüvvələr öz məkrli siyasətlərindən əl çəkmək istəmirlər. Lakin onlar qoy unutmasınlar ki, xalqımıza qarşı törədilən hər hansı bir növbəti təxribatın qarşısı dərhal alınacaq. Ermənilər faktiki olaraq Azərbaycanın əzəli və əbədi torpaqları olan Dağlıq Qarabağı xarabazara çeviriblər. Lakin biz əl-ələ verib ermənilərin viran qoyduğu bu gözəl və bərəkətli torpağı laləzara çevirəcəyik. Sonda bir neçə kəlmə də rayonumuzda görülən işlər barədə söz açmaq istərdim. Azərbaycanın hər bir bölgəsi kimi, son illər bizim Qobustan rayonu da sürətlə inkişaf edir. Rayonda bitkiçilik, heyvandarlıq və tərəvəz məhsullarının istehsalı və satışı ilbəil artır. Qobustanda minlərlə torpaq pay mülkiyyətçisi, fermer var. Onların hər birinin torpaqda səmərəli fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılıb.
Başçılıq etdiyim fermer təsərrüfatının balansında hazırda kifayət qədər texnika, böyük taxılsaxlama anbarı var. Hər il taxıl sahələrindən bol buğda və arpa məhsulu toplayırıq. Taxıl toxumçuluğuna diqqəti daha da artırırıq. Qarabağda taxılçılıqla məşğul olacaq fermer təsərrüfatları ilə təcrübəmizi böyük həvəslə bölüşməyə hazırıq.
Bəli, bu gün Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan böyük hədəflərə doğru gedir. Bu yolda hər birimiz xalqımızın sevimli liderinin ətrafında sıx birləşməyə çalışmalı, dövlətimizin daha da irəli getməsi üçün əlimizdən gələni etməliyik.
 

Söhbəti qələmə aldı:
Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

22 Aprel 2021 04:21 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə