Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 14 680 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Xalq qəzeti"nə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 459, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 221 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 366 890, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 908 672, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 458 218 təşkil edir.

21 Aprel 2021 17:08 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə