Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda havada tozun miqdarı normadan yüksəkdir

Milli Hidrometeorologiya Xidmətinin əməkdaşları tərəfindən atmosfer havasının keyfiyyətinə nəzarət məqsədilə aprelin 21-də Bakı şəhərinin müxtəlif ərazilərində monitorinqlər həyata keçirilib, havada tozun miqdarı üzrə ölçmələr aparılıb.

 "Xalq qəzeti" xəbər verir ki, Xidmətin əməkdaşı Gülnarə Abbasova bildirib ki, monitorinqlər zamanı Nərimanov parkı ərazisində havada tozun miqdarı 1.3, Heydər Əliyev prospektində 1.1, Koroğlu metro stansiyası yaxınlığında 1.4, Neftayırma zavodunun ətrafında 1.1, 8 noyabr prospektində 1.4, Xətai rayonunda isə 1.5 dəfə normadan yüksək müəyyən edilib.

“Atmosfer havası üzrə avtomatik stansiyalardan əldə olunan məlumatlara əsasən Bakı şəhəri Heydər Əliyev, Babək, Qara Qarayev prospektləri, Bayıl yamacı ərazisi və Sumqayıt şəhərində havada  azot 4-oksid, azot 2-oksid, kükürd və dəm qazı, hidrogen sulfid kimi qaz birləşmələri norma daxilində qeydə alınıb”.

21 Aprel 2021 16:29 - EKOLOGİYA
EKOLOGİYA
20 Sentyabr 2021 | 18:16
Sabahın hava proqnozu
15 Sentyabr 2021 | 18:14
Sabahın HAVA PROQNOZU
14 Sentyabr 2021 | 18:14
Sabahın HAVA PROQNOZU
13 Sentyabr 2021 | 18:15
Sabahın HAVA PROQNOZU
11 Sentyabr 2021 | 18:06
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə