Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı Nəqliyyat Agentliyinin əməkdaşları təlimlərdə iştirak ediblər - FOTO

Bakı Nəqliyyat Agentliyinin (BNA) əməkdaşları “VİSSİM”, “VİSUM” və “VİSTRO” simulyasiya proqramlarının təlimlərində iştirak ediblər.

 

Agentlikdən "Xalq qəzeti"nə verilən məlumata görə, qeyd olunan proqram təminatları dünyanın ən qabaqcıl və təkmil simulyasiya alətləri hesab olunur:

 

“Bu proqramların imkanlarından istifadə etməklə mobilliyin butün növlərini simulyasiya etmək, nəqliyyat tələb və təklifi, davranışları və nəqliyyat siyasətlərinin ətraflı şəkildə modelləşdirilmək mümkündür”.

 

Bildirilib ki, 1-20 aprel tarixlərində keçirilən “PTV Group” firmasının məhsulu olan simulyasiya proqramlarının təlimlərində əməkdaşların bilik və bacarıqları aşağıdakı istiqamətlərdə daha da artırılıb;

 

- nəqliyyat strategiyalarının və onların həlləri üzrə makro ölçülü simulyasiyaların hazırlanması;

- yol hərəkəti iştirakçılarının, logistika xidmətlərinin təsirlərini bir modeldə birləşdirən mikro ölçülü simulyasiyaların hazırlanması;

- şəbəkə və tələb modelləşdirilməsi;

- proqnozlaşdırılmış nəqliyyat axınlarının analizi;

- yol qovşaqlarının xidməti səviyyələrinin ölçüsünün müəyyənləşdirilməsi;

- siqnal-vaxt optimallaşdırılması;

- nəqliyyat-təsir analizi;

- birdən çox ssenariləri idarəetmə və əhatəli hesabatların hazırlanması.

 

Bildirilib ki, təlim Agentliyin gələcək layihələrinin səmərəliliyini və görüləcək işlərin keyfiyyətini daha da artıracaq.

21 Aprel 2021 15:09 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə