Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"İnter" və "Atletiko" Superliqadan ayrıldı

İtaliyanın "İnter" və İspaniyanın "Atletiko" (Madrid) klubları Avropa Super Liqasından ayrıldıqlarını açıqlayıb.

 "Xalq qəzeti" xəbər verir ki, bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, daha əvvəl İngiltərənin "Liverpul", "Arsenal", "Mançester Yunayted", "Tottenhem", "Mançester Siti" və "Çelsi" klubları Superliqanı tərk edib.

İspaniyanın "Real Madrid", "Barselona", İtaliyanın isə "Yuventus" və "Milan" klubları yarışdan imtina etdiklərini açıqlamayıb.

21 Aprel 2021 14:24 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə