Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu ilin ilk rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə 3,5 milyon müraciət qeydə alınıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə 2021-ci ilin birinci rübü ərzində 3,5 milyon müraciət qeydə alınıb.

Nazirlikdən "Xalq qəzeti"nə verilən məlumata görə, hazırda nazirlik üzrə 103 xidmət e-platforma üzərindən göstərilir. Bu il ərzində qurumun fəaliyyət sahələri üzrə daha 50 xidmətin elektronlaşdırılması nəzərdə tutulur. Nəticədə Nazirlik üzrə xidmətlərin elektronlaşma səviyyəsi bu ilin sonuna  90%-ə çatacaq.

Eyni zamanda, “Virtual DOST mərkəzi” platformasının hazırlanması işləri də aparılır. Həmin e-platforma ölkəmizin istənilən yerində olan şəxsə hər hansı DOST mərkəzinə getmədən mobil aplikasiyalar vasitəsilə DOST xidmətlərindən faydalanmaq üçün müraciət imkanı yaradacaq.

21 Aprel 2021 11:09 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə