Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda binanın damında gənc qız meyiti aşkarlanıb

Bakıda binanın damında 25 yaşlı qızın meyiti aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyindən "Xalq qəzeti"nə verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda binanın damında aşkarlanmış 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri göstərilən ünvana cəlb olunub.

Görülən tədbirlər nəticəsində 1996-cı il təvəllüdlü Hüseynova Ceyla Elxan qızının meyiti beşmərtəbəli yaşayış binasının damından götürülüb və aidiyyəti üzrə təhvil verilib.

21 Aprel 2021 09:32 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə