Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bayden: Ölkəmizdə bütün yaşlılar üçün peyvəndləmə imkanları təmin edilmişdir

ABŞ Prezidenti Cozef Bayden amerikalıları koronavirusa qarşı təcili peyvəndlənməyə çağırıb. “The Associated Press” agentliyi xəbər verir ki, dövlət başçısının bununla bağlı çıxışı populyar “NBC” telekanalının vaksinasiyaya həsr edilmiş verilişində yayımlanıb.

 

C.Bayden qeyd edib ki, ABŞ hakimiyyəti ölkədəki bütün yaşlılar üçün peyvəndlənmə imkanlarıını təmin etmişdir: “Peyvəndləmə pulsuz və rahatdır. Bu, özünüzü, ətrafdakıları COVID-19- dan, o cümlədən onun yeni ştammlarından qorumaq, iqtisadiyyatı bərpa etmək və normal həyata qayıtmaq üçün əlinizdən gələni etməyə imkan verəcək”.

Yeri gəlmişkən, bu günlərdə ABŞ Milli Səhiyyə İnstitutunun və “Playmaus” Universitetinin alimləri qripin müalicəsi üçün yeni hazırlanan МК-4482 (molnupiravir) preparatının koronavirus infeksiyasına yoluxmadan 12 saat öncə və ya 12 saat sonra qəbul ediləcəyi təqdirdə effektiv olduğunu aşkarlayıblar.

Məlumatda qeyd olunur ki, hazırda preparat insanlar üzərində klinik sınaqlardan keçirilir. Alimlər dərmanın orqanizmdə virusun miqdarını və onun ağ ciyərlərə vurduğu zərəri azaltmağa kömək etdiyini deyirlər. Tədqiqatçıların fikrincə, preparat COVID-19 infeksiyasına yüksək yoluxma riski olan hallarda istifadə edilə, həmçinin yoluxmuş xəstələrin səmərli müalicəsini digər dərmanlarla birgə təmin edə bilər.

Tədqiqat işləri ABŞ-ın Montana ştatının Hamilton şəhərindəki Milli Allergiya və İnfeksiya Xəstəlikləri İnstitutunda (NIH) yerləşən “Rocky Mountain Laboratories” laboratoriyasında aparılır. Bu arada Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 pandemiyası ilə əlaqədar olaraq qlobal səhiyyədə fövqəladə vəziyyətin tətbiqinin daha üç ay uzadılması ilə bağlı qərar verib.

M.HACIXANLI, “Xalq qəzeti”

21 Aprel 2021 08:20 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə