Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiya Prezidenti Kuba KP katibi seçilmiş Migel Bermudesi təbrik edib

Rusiya Prezidenti Vladimir verilişində yayımlanıb. Putin Migel Dias-Kanel Bermudesi Kuba Kommunist Partiyasının katibi seçilməsi münasibətilə təbrik edib, Havana ilə strateji tərəfdaşlığı davam etdirmək niyyətində olduğunu bildirib. Bu barədə Kremlin mətbuat xidmətinə istinadən “İzvestiya.ru” məlumat yayıb.

 

Rusiya Prezidenti qeyd edib ki, partiyanın katibi seçilməsi Bermudesin ölkə qarşısında yüksək xidmətlər göstərdiyini təsdiq edir: “Hesab edirəm ki, biz birgə səylərlə dost xalqlarımızın rifahı naminə gələcəkdə konstruktiv ikitərəfli dialoqu və bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı təmin edəcəyik”.

Putin, eyni zamanda, Bermudesi ad günü münasibətilə təbrik edib, ona dövlət və partiya fəaliyyətində uğurlar arzulayıb. Qeyd edək ki, aprelin 16-da Raul Kastro Kuba Kommunist Partiyasının birinci katibi vəzifəsindən istefa verib. O, partiyanın Havanada keçirilmiş VIII qurultayında təsdiq edib ki, ölkənin sükanını “böyük gücə və antiimperialist ruha malik” gənc nəslə təhvil verir.

Xatırladaq ki, ölkəyə yarım əsrdən artıq Kastrolar rəhbərlik edib. Raul və onun böyük qardaşı Fidel Kastrolar ölkənin ABŞ yönümlü sabiq prezidenti Fulxensio Batistə qarşı birgə mübarizə aparıblar və 1959- cu ildə baş vermiş inqilab nəticəsində hakimiyyətə gəliblər. Əvvəlcə Fidel dövlət rəhbəri olub. 2008- ci ildə isə o, hakimiyyəti Raula verib. Ölkə ABŞ-la diplomatik münasibətlər qurub və kubalılara mobil rabitədən və internetdən istifadəyə imkan yaradılıb.

Eyni zamanda, ölkədə şəxsi mülkiyyətə icazə verilib. Migel Bermudesə Çin Xalq Respublikasının Sədri Si Cinpin də təbrik teleqramı göndərib. Bu barədə “Sinxua” agentliyi məlimat verib. Çin lideri də iki ölkə arasında əməkdaşlığın dərinləşəcəyinə və ənənəvi dostluq əlaqələrinin inkişafına ümid etdiyini bildirib.

Migel Dias-Kanel Bermudes qurultayda çıxışı zamanı “inqilabın döyüşçüsü” olmaqda davam edəcəyini deyib.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

21 Aprel 2021 08:14 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə