Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

COVID-19 virusu dünyada geniş yayılmaqda davam edir

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, artıq səkkiz həftədir ki, dünyada COVID-19 virusuna yoluxanların sayı artır. Artıq beş həftədir ki, koronavirus infeksiyasından ölənlərin sayı çoxalır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Qebreyesus bildirib ki, son həftə ərzində dünyada 5,2 milyon nəfər COVID-19 virusuna yoluxub. Pandemiya başlanandan indiyədək 3 milyon nəfərdən çox koronavirusun qurbanı olub.

TASS-ın məlumatına görə, həkimlər bildiriblər ki, koronavirus infeksiyasına yoluxanların əksəriyyəti 25-59 yaş arasındadır. Bu isə hamını narahat edir.

 

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

21 Aprel 2021 08:13 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə