Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rəsmi Tokio yapon jurnalistin həbsinə görə Myanmaya etirazını bildirib

“Jiji-Press”in yaydığı məlumata görə, Yaponiya hökuməti Yanqonda etiraz nümayişlərini işıqlandıran yapon jurnalist Yuki Kitazuminin həbsinə görə Myanmaya etirazını bildirib.

 

Bildirilir ki, dünən Tokioda keçirilən ənənəvi mətbuat konfransı zamanı Yaponiya Nazirlər Kabinetinin baş katibi Katsunobu Kato məlumat verib. O, məsələni şərh edərək deyib: “Jurnalistin həbsdə saxlanılması bizim üçün qəbuledilməzdir.

Bununla əlaqədar biz Myanma tərəfinə etirazımızı bildirmişik və onun tezliklə azad olunmasını tələb edirik”. Xatırladaq ki, 45 yaşlı yapon jurnalist bir gün əvvəl yaşadığı evin yaxınlığında həbs olunub, həmçinin onun evində axtarış aparılıb. Y.Kitazumi hazırda həbsxanadadır. Müstəqil jurnalist ölkədə baş verənlər barədə yalan informasiya yaymaqda günahlandırılır.

Təqsirli olduğu təsdiq ediləcəyi halda, onu üç ilədək həbs cəzası gözləyir.

Qeyd edək ki, əvvəllər nüfuzlu “Nikkei” qəzetində işləyən Y.Kitazumi hazırda müstəqil jurnalist kimi fəaliyyət göstərir.

Rövşən TOĞRUL, “Xalq qəzeti”

21 Aprel 2021 08:08 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə