Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AFR koronavirusa qarşı mübarizəyə 1,6 milyard avro ayıracaq

DPA agentliyinin yaydığı məlumata görə, Almaniya Federativ Respublikasının (AFR) Təhsil və Elmi Tədqiqatlar Nazirliyi koronavirusun tədqiqinə 1,6 milyard avro vəsait ayıracaq.

 

Mənbə yazır ki, bu vəsaitdən 627 milyon avro koronavirus əleyhinə peyvəndin hazırlanması ilə məşğul olan Almaniyanın “BioNTech” kompaniyası və Tübingen şəhərində yerləşən “CureVac” əczaçılıq firması üçün nəzərdə tutulub. Eyni zamanda, bu məbləğin Almaniya hakimiyyəti tərəfindən 2020-ci ildə səhiyyə sahəsindəki tədqiqatlara ayrılan 2,9 milyard avro həcmində vəsaitə əlavə olaraq verildiyi vurğulanır.

Bildirilir ki, Helmholtz adına İnfeksiya Xəstəliklərinin Tədqiqatı Mərkəzi (HZI) və Almaniya İnfeksiya Tədqiqatları Mərkəzi (DZIF) ölkədə COVID-19 infeksiyasının tədqiqatı üzrə ixtisaslaşan əsas elmi institutlar sayılır. Beləliklə, HZI bu vəsaitdən təxminən 32 milyon avro, DZIF isə 5,8 milyon avro alacaq.

Qeyd olunur ki, pandemiyanın statistikasını aparan “Worldometer” saytının məlumatına əsasən, Almaniyada son 24 saat ərzində koronavirusa 13 min 400-dən çox yoluxma qeydə alınıb və ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 3 milyon 164 min nəfəri ötüb. Eyni zamanda, infeksiya səbəbindən ölənlərin sayı son sutka ərzində 183 nəfər artaraq 80 min 774 nəfərə çatıb.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

21 Aprel 2021 08:11 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə