Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mourinyo istefaya göndərilib

İngiltərənin “Tottenhem” futbol klubunun portuqaliyalı baş məşqçisi Joze Mourinyo istefaya göndərilib.

London klubunu iyuna kimi 29 yaşlı Rayan Meyson çalışdıracaq. Qeyd edək ki, İngiltərə Premyer Liqasında “Çelsi” və “Mançester Yunayted” klublarını da çalışdırmış Joze Mourinyo “Tottenhem”lə 2019-cu ilin noyabrın 20-də dörd illik müqavilə bağlamışdı. Komandanın Avropa Liqasında mübarizəni dayandırması və 32 turdan sonra Premyer Liqada 50 xalla yeddinci sırada qərarlaşması onun istefaya göndərilməsinə səbəb olub.

Məlumatı “Telegraph” yayıb.

Elçin ABBASOV, “Xalq qəzeti”

21 Aprel 2021 08:03 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə