Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sabiq prezident iş axtarır

Polşanın sabiq prezidenti və Nobel Sülh Mükafatı laureatı Lex Valensa iş axtarışı ilə bağlı internetdə elan verib. O, pensiyasının 6 min zlotiya olduğunu, həyat yoldaşının isə hər ay 7 min zlotiya xərclədiyini və buna görə də 20 min zlotiya maaşı olan iş istədiyini deyib. Valensa yayımladığı elanda ailə toplantılarında qonaqlar ilə bir araya gələrək şəkil çəkdirib imza ata biləcəyini bildirib. Özündən “Təcrübəli lider, böyük natiq, Nobel Sülh Mükafatı laureatı, 1990-1995-ci illərdə Polşanın Prezidenti” kimi bəhs edən Valensa şirkətlərdə liderlik təhsili verə və təşviq iclaslarında iştirak edə biləcəyini vurğulayıb.

Məlumatı “Lenta.ru” yayıb.

21 Aprel 2021 07:59 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə