Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pandemiya turizmə ciddi ziyan vurub

2020-ci ilin əvvəlindən 2021-ci ilin fevralınadək olan dövrdə Türkiyəyə 17 milyon 18 min 964 turist gəlib. Bu barədə ölkənin Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb. Statistikaya əsasən, pandemiya səbəbindən 2020-ci ildə Türkiyənin bölgələrini ziyarət edən turist sayı 2019-cu illə müqayisədə 69,14 faiz azalaraq 15 milyon 971 min 201 nəfər təşkil edib. Onlardan 12,7 milyonu xarici, 3,2 milyonu isə yerli turistlərdir. 2021-ci ilin yanvar-fevral aylarında isə ölkəyə 1 milyon 47 min 763 turist səfər edib. Bu göstəricilərə əsasən 2021-ci ilin ilk iki ayı ərzində ölkəni ziyarət edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 70,24 faiz azalıb. Qeyd edək ki, bu dövrdə Türkiyəni ən çox ziyarət edən turistlər arasında 2 milyon 128 min 758 nəfərlə Rusiya ilk sıradadır.

Xəbəri “Anadolu” verib.

21 Aprel 2021 07:56 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə