Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağcabədi Suvarma Sistemləri İdarəsi 2021-ci il üçün AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçirilir.
Lot-1.Cari təmir üçün mal-materialların satın alınması.
Lot-2. 1 aqreqatlı “Salmanbəyli-4” nasos stansiyasının təzyiqli boru xəttinin əsaslı təmiri işlərinin satın alınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- aşağı qiymət, yüksək keyfiyyət müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Maraqlananlar əsas şərtlər toplusunu hər lot üçün aşağıdakı məbləğdə iştirak haqqını köçürdükdən sonra əldə edə bilərlər.
İştirak haqqı hər bir lot üçün 100 manatdır.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İştirak haqqı köçürüldükdən sonra iddiaçılar Azərbaycan dilində tərtib edilmiş əsas şərtlər toplusunu Ağcabədi şəhəri, N. Abdullayev küçəsi 4 nömrəli ünvanda yerləşən Ağcabədi Suvarma Sistemləri İdarəsindən(əlaqələndirici şəxs- Musa Bağırovdan, telefon- 050-594-25-55, iş: 02127-5-51-20) ala bilərlər.
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər.
Təşkilat- Ağcabədi SSİ
H/h - AZ58CTRE00000000000002355401
VÖEN - 3400055401
Fond - 7
Adı - Dövlət Xəzinədarlığı Agentliyi
Kod - 210005
VÖEN - 1401555071
M/h - AZ41NABZ01360100000000003944
S.W.İ.F.T.BİK: CTREAZ 22
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitlər.
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır. (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 19 may 2021-ci il saat 17.00-a, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 28 may 2021-ci il saat 17.00-a qədər Ağcabədi Suvarma Sistemləri İdarəsinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 31 may 2021-ci il saat 16.00 -da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
 

Tender komissiyası

21 Aprel 2021 07:56 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
18 May 2021 | 03:00
BİLDİRİŞ
18 May 2021 | 02:11
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə