Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi 2021-ci ildə "Abbott m 2000" laborator avadanlığında COVID–19 virusunun müayinələrinin aparılması üçün tələb olunan reagentlərin və istismar materiallarının satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Açıq tenderdə iddiaçı qismində mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.
Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https//www.etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet portalı vasitəsilə əldə edə və müsabiqə üçün təkliflərini təqdim edə bilərlər:
İddiaçılar iştirak haqqını aşağdakı hesaba köçürməlidirlər.
Tenderdə iştirak haqqı 200 manatdır.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Təşkilatın adı- 9 Saylı Xəzinə İdarəsi
Hh- AZ31CTRE00000000000002478301
VÖEN- 1400421021
Bank- DXA
Kod-210005
M/h- AZ41NABZ01360100000000003944
SWIFT-CTREAZ22
Büdcə təsnifatının kodu- 142340
Büdcə səviyyəsinin kodu- 7
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
- vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanından arayış;
- iddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında dövlət orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı;
- iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının ilkin qeydiyyat sənədlərinin və onlara edilmiş əlavə və düzəlişlərin müvafiq qaydada təsdiqlənmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə) və rekvizitləri;
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
- iddiaçının analoji işlər üzrə iş təcrübəsini təsdiq edən sənədlər;
- digər sənədlər (tenderin əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər).
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). Mətnlər arasında fərq aşkar olunarsa, üstünlük Azərbaycan dilində tərtib edilmiş mətnə veriləcəkdir. İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.
Tenderlə əlaqədar istənilən məlumatı almaq üçün aşağıdakı şəxsə müraciət etmək olar.
Əlaqələndirici şəxs – Emin Əliyev.
Ünvan- Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 16 və 18.
Telefon- +994124933632 ; Faks: +994124933632.
E-mail: [email protected]
İddiaçılar öz təkliflərini əsas şərtlər toplusunda göstərilən müddəalara uyğun olaraq hazırlamalı, tenderdə iştirak üçün sənədləri (tender təklifi və təklifin bank təminatı istisna olmaqla) 17 may 2021-ci il saat 11.00-a, tender təklifini və təklifin bank təminatını isə 25 may 2021-ci il saat 18.00-dək portal vasitəsilə təqdim etməlidirlər.
İddiaçıların tender təkliflərinin açılışı 26 may 2021-ci il saat 11.00-da dövlət satınalmalarının vahid internet portalında virtual iclas formatında aparılacaqdır.Elektron satınalmanın hər bir iştirakçısı onların təkliflərinin açılışını və qiymətləndirilməsini elektron portal vasitəsilə izləyə bilər.
QEYD - tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.
 

Tender komissiyası

21 Aprel 2021 07:46 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
18 May 2021 | 03:00
BİLDİRİŞ
18 May 2021 | 02:11
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə