Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 102                                  Bakı şəhəri, 19 aprel 2021-ci il


“Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 53; 2002, № 10, maddə 635; 2003, № 6, maddə 342; 2008, № 8, maddə 787; 2010, № 3, maddə 264, № 6, maddə 569; 2013, № 10, maddə 1200; 2016, № 9, maddə 1585, № 11, maddə 1976; 2019, № 3, maddə 513, № 7, maddə 1319) ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 1.9-cu bəndə “(müharibə ilə əlaqədar əlilliyi olan şəxslər istisna olmaqla)” sözlərindən sonra “ , sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” sözləri əlavə edilsin.
2. 1.13-cü bənd üzrə:
2.1. birinci abzasa “məhdud” sözündən sonra “18 yaşınadək” sözləri və “valideynlərdən” sözündən sonra “(o cümlədən övladlığa götürən şəxslərdən)” sözləri əlavə edilsin;
2.2. aşağıdakı məzmunda yeddinci abzas əlavə edilsin:
“övladlığagötürmə barədə məhkəmə qərarının surəti;”.
 

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının
Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə