Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

UEFA Superliqa klublarını məhkəməyə verir

UEFA öz aralarında Superliqa qurmaq qərarına gələn 12 nəhəng klubu məhkəməyə verməyə hazırlaşır.

 "Xalq qəzeti" xəbər verir ki, qitə futbol qurumu həmin komandalardan təzminat tələb edəcək.

Bu məsələdə UEFA-ya üzv olan 55 federasiya və liqaların rəhbərləri də quruma dəstək olmaq qərarına gəlib. UEFA-nın Hüquq Departamenti Superliqanın iştirakçılarından futbol tarixinin ən böyük təzminatını – 50 milyon avro tələb edəcək. Bununla bağlı yaxın günlərdə rəsmi açıqlamanın verilməsi gözlənilir.

Qeyd edək ki, “Liverpul”, “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Çelsi”, “Arsenal”, “Barselona”, “Atletiko”, “Real”, “Milan”, “İnter” və “Yuventus”un iştirakı təsdiqlənən Superliqanı ABŞ-ın “JP Morgan” bankı maliyyələşdirəcək.

20 Aprel 2021 17:48 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə