Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İlon Mask “Tesla” qəzasından sonra 5 Milyard Dollar İtirib

“Tesla” elektromobilinin ABŞ-ın Texas ştatında qəzaya uğraması haqqında xəbərlərin fonunda şirkətin səhmləri ucuzlaşıb.

 

 "Xalq qəzeti" xəbər verir ki, bunun nəticəsində “SpaceX” və “Tesla” şirkətlərinin sahibi İlon Mask 5 milyard dollardan çox itki ilə üzləşib.

 

Maskın sərvəti sutka ərzində 5,1 milyard dollar azalıb və hazırda 174,6 milyard dollar təşkil edir. O, hazırda dünyanın üçüncü ən zəngin adamıdır.

 

Bir gün əvvəl “Tesla”nın səhmləri 3,4 faiz ucuzlaşaraq 714,63 dollara satılıb.

 

Xatırladaq ki, Texasda “Tesla” elektromobilinin ağaca çırpılması nəticəsində iki nəfər həlak olub. İlkin istintaqın nəticələrinə görə, qəza zamanı avtomobilin avtopilot rejimində olduğu ehtimal olunurdu.

 

Lakin Mask bu iddianı rədd edərək bildirib ki, həmin avtomobildə tam avtopilot rejimi olmayıb.

 

Mask həmçinin qeyd edib ki, avtomobildə avtopilotun işləməsi üçün yolda müəyyən yol nişanları olmalıdır və qəzanın baş verdiyi küçədə bu cür nişanlar olmayıb. 

20 Aprel 2021 19:10 - TEXNİKA
TEXNİKA

Köhnə versiyamızdan xəbərləri izlə