Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hacıqabulda “Azərsun Şamaxı Aqropark”ın açılışı olub

Aprelin 20-də Hacıqabulda “Azərsun Şamaxı Aqropark”ın açılışı olub.

"Xalq qəzeti" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Dövlətimizin başçısına aqroparkla bağlı məlumat verildi.

Bildirildi ki, müəssisə 2 hissədən - əkin sahələri və heyvandarlıq kompleksindən ibarətdir. Heyvandarlıq kompleksində 5 min baş iribuynuzlu heyvan saxlanılır. Aqroparka məxsus 4200 hektar əkin sahəsində buğda, arpa, şəkər çuğunduru, qarğıdalı, yonca və müxtəlif növ tərəvəzlər əkilir. Suvarma üçün burada iki süni göl də yaradılıb.

20 Aprel 2021 14:36 - RƏSMİ XRONİKA
RƏSMİ XRONİKA

Köhnə versiyamızdan xəbərləri izlə