Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

TN: Yenidən şəxsi kabinet açmağa və elektron qeydiyyata ehtiyac yoxdur

Təhsil Nazirliyi sosial şəbəkə hesabında 2021-2022-ci tədris ili üzrə canlı yayımda birinci sinfə qəbulla bağlı vətəndaşların suallarını cavablandırır.  

 "Xalq qəzeti" xəbər verir ki, canlı yayımda çıxış edən Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Elçin Kərimov məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların cari tədris ilindən elektron kabinetlərinin mövcud olduğunu vurğulayıb:


“Onlar üçün yenidən şəxsi kabinet açmağa və elektron qeydiyyata ehtiyac yoxdur. Valideynlər sadəcə həmin login və şifrə ilə özlərinə məxsus şəxsi kabinetlərinə daxil olaraq övladlarının məktəb seçimini və digər prosesləri həyata keçirə bilərlər”.


Xatırladaq ki, aprelin 27-dən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək. 

20 Aprel 2021 12:42 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə