Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ötən gün yaşayış yerini tərk edən 7 koronavirus xəstəsi saxlanılıb

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən aprelin 19-da respublika ərazisində 7 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən xəbərə görə, onlarla izahedici söhbətlər aparılıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarılıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 4 nəfər barəsində cinayət işi başlanılıb.

 

Hazırda istintaq araşdırmaları davam etdirilir.

20 Aprel 2021 10:07 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə