Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nadir təbiət hadisəsi

Səudiyyə Ərəbistanında qeyri-adi təbiət hadisəsi qeydə alınıb. Belə ki, ölkənin bəzi bölgələrinə intensiv leysan və dolu yağışları düşüb. Bundan sonra isə Krallığın şimalqərbində yerləşən Asir bölgəsinin Həil şəhərində qar yağıb. Sosial media səhifələrində Həil şəhərinin ətrafındakı Hərrat Bəni Rəşid səhrasının və təpələrin bəyaz qar örtüyünə bürünməsi görüntüləri yayılıb. Krallığın Əbha, Xəmis Müşayit, Tanuma və əl-Namas bölgələrində də qar yağıb.

Məlumatı “Əl Ərəbiyə” yayıb.

 

Elçin ABBASOV, “Xalq qəzeti”

20 Aprel 2021 05:02 -
4 May 2021 | 05:12
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə