Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Ayaks” 20-ci dəfə kubokun qalibi olub

Niderlandın “Ayaks” futbol klubu 20-ci dəfə ölkə kubokunun qalibi olub. Belə ki, həftəsonu Rotterdamdakı “De Kuyp” stadionunda “Ayaks” klubu ilə “Vitess” komandası arasında Niderland Kubokunun final oyunu keçirilib. Matç “Ayaks”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Hesabı görüşün 23-cü dəqiqəsində “Ayaks”ın yarımmüdafiəçisi Rayan Qravenberx açıb. Bundan 8 dəqiqə sonra “Vitess” komandası Lua Opendanın qolu ilə hesabı bərabərləşdirib. Lakin 85-ci dəqiqədə “Vitess”in futbolçusu Yakob Rasmussen qırmızı vərəqə alıb və komanda azlıqda qalıb. Say üstünlüyündən əlavə vaxtda (90+1) yararlanan “Ayaks” David Neresin qolu ilə kubokun sahibi olub.

Xəbəri “Eurosport” verib.

Elçin ABBASOV, “Xalq qəzeti”

20 Aprel 2021 05:07 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə