Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mayın 9-dan 16-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək

Ölkə ərazisində 9 may saat 00:00-dan 16 may saat 06:00-dək ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq.  

 "Xalq qəzeti" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin qərarında bildirilib. Qeyd edilib ki, Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci ilin 11 və 12 may  iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib.

Bununla da Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş  günləri olacaq. İş mayın 16-dan başlayacaq. 

19 Aprel 2021 18:18 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə