Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

R.T.Ərdoğan və Y.Stoltenberq UkraynaRusiya gərginliyini müzakirə ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və NATO Baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub. “Anadolu” agentliyinin verdiyi xəbərə görə, tərəflər Ukrayna– Rusiya gərginliyini müzakirə ediblər.

 

Xəbərdə, həmçinin qeyd edilir ki, R.T.Ərdoğan və Y.Stoltenberq Əfqanıstan, Liviya, Şərqi Aralıq dənizi və digər regional məsələlər barəsində də fikir mübadiləsi aparıblar.

Prezident R.T.Ərdoğan Türkiyənin konstruktiv addımları və israrlı çağırışları sayəsində bu gün Egey və Şərqi Aralıq dənizlərində sabitliyin hökm sürdüyünü bildirib. Liviyanın yeni hökumətinə müdafiə və təhlükəsizlik sahələrində dəstək verilməsinin zəruriliyini söyləyən qardaş ölkənin dövlət başçısı Türkiyənin bu istiqamətdə töhfə verdiyini qeyd edib. Türkiyə Prezidenti NATO-nun imkanlarından faydalanaraq Əfqanıstana dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Xatırladaq ki, ABŞ lideri bu ilin sentyabrınadək ölkəsinin hərbi qüvvələrinin Əfqanıstandan çıxarılacağını bəyan edib. Bir çox təhlilçilər Talibanın bundan istifadə edərək zorakılıqları artıracağından narahatdırlar. Yenidən Rusiya–Ukrayna münaqişəsi mövzusuna qayıtsaq, demək lazımdır ki, son günlər iki ölkə arasında gərginlik artmaqda davam edir. Rusiyanın Kerç boğazı daxil olmaqla, Qara dənizin bəzi hissələrində məhdudiyyətlər tətbiq etməsi xüsusilə narahatıq doğurub.

NATO-nun sözçüsü Oana Lunkesku bunu qeyri-qanuni əməl adlandıraraq deyib: “Biz Rusiya rəhbərliyini Azov dənizindəki Ukrayna limanlarına sərbəst gedişi təmin etməyə və sərbəst səfərlərə icazə verməyə çağırırıq”. NATO rəsmisinin sözlərinə görə, Rusiyanın Krımda, Qara və Azov dənizlərində davam edən hərbi mövcudluğunu artırmağa çalışması Ukraynanın müstəqilliyinə ciddi təhdid yaradır.

Məsaim ABDULLAYEV, “Xalq qəzeti”

18 Aprel 2021 05:05 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə